BTQ ilə yola salınan ilk qatar Qarsa çatıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

BTQ ilə yola salınan ilk qatar Qarsa çatıb

09:32 - 03 / 11 / 2017
BTQ ilə yola salınan ilk qatar Qarsa çatıb

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yol xətti ilə yola salınan ilk yük qatarı bu gün səhər saatlarında Qarsa çatıb.

1news.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oktyabrın 24-də Qazaxıstandan çıxan taxılla yüklənmiş qatar 30  konteynerdən ibarətdir.

Məlumata görə, həmin qatar Azərbaycandan Qarsa 40 saata çatıb və qatarın son təyinat məntəqəsi Türkiyənin Mersin şəhəri olacaq.

Qeyd edək ki, oktyabrın 30-da BTQ dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

1news.az

Paylaş:
758

Son xəbərlər

Bütün xəbərlər