Dünyada ən çox mobil telefon satan şirkətlərin adı açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünyada ən çox mobil telefon satan şirkətlərin adı açıqlanıb

22:46 - 03 / 11 / 2017
Dünyada ən çox mobil telefon satan şirkətlərin adı açıqlanıb

Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung Electronics Co.” cari ilin 3-cü rübündə qlobal mobil telefon satışına görə liderliyini qoruyub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, iyul-sentyabr aylarında dünyada ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 10 faiz çox - 83,4 milyon ədəd “Samsung” mobil telefon cihazı satılıb. Bu, dünya mobil telefon bazarının 21,1 faizi deməkdir.

“Samsung” telefonlarının satışının çoxalması əsasən A, J və S seriyasından olan mobil cihazlara Latın Amerikası və Hindistanda tələbatın artması ilə bağlı olub.

Bildirilir ki, dünya mobil telefon bazarında ikinci yeri 11,9 faiz payla ABŞ-ın “Apple Inc.” şirkəti tutur. İlk beşlikdə Çin istehsalı olan “Huawei” (9,9 faiz), “Oppo” (8 faiz) və “Xiaomi” (7 faiz) modelləri qərarlaşıb.

1news.az

Paylaş:
840

Son xəbərlər

Bütün xəbərlər