Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

23:42 - 03 / 11 / 2017
Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 110-140, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında  40-50 , Naxçıvan MR çaylarında isə 170  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, noyabrın 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 28 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 180 m3/s olmaqla ongünlük normanın 96 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 231 m3/s olmaqla ongünlük normanın 124 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 55 m3/s olmaqla, ongünlük normanın 65 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 163 m3/s təşkil edərək ongünlük normanın 193  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, noyabrın 3-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində 8 sm artım, Salyanda 35, Bankədə 2 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 324 m (2016-cı il noyabrın 03-də 544 sm), Şirvanda 237 sm, Salyanda 175 sm (2016-cı il noyabrın 03-də 404 sm), Bankədə 181 sm (2016-cı il noyabrın 03-də 286 sm), Araz çayının Novruzlu məntəqəsində isə 48 sm (2016-cı il noyabrın 03-də  260 sm) təşkil edir.

1news.az

Paylaş:
395

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər