Azərbaycan və dağıstanlı sürücülərin etiraz aksiyasından sonra bir gömrükçü işdən çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və dağıstanlı sürücülərin etiraz aksiyasından sonra bir gömrükçü işdən çıxarılıb

11:37 - 04 / 11 / 2017
Azərbaycan və dağıstanlı sürücülərin etiraz aksiyasından sonra bir gömrükçü işdən çıxarılıb

Dağıstanın rəhbəri Vladimir Vasilyev Rusiya-Azərbaycan sərhədindəki "Yaraq-Qazmalar" keçid məntəqəsində baş verən insidentin araşdırılmasını, təqsirkarların cəzalandırılmasını və gömrük keçid məntəqəsindən nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etməyi tapşırıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, oktyabr ayının 31-də Rusiya-Azərbaycan sərhədində bir qrup sürücü etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları iddia edib ki, Dağıstan gömrükçüləri onlardan rüşvət tələb edib. Bundan başqa, sürücülər gömrükçülərin onlara qarşı təhqiramiz ifadələr işlətdiyini də bildirib.

Aksiyada 200-dək dağıstanlı və azərbaycanlı sürücü iştirak edib. Onların sözlərinə görə, dağıstanlı gömrükçülərin yaratdığı bürokratik əngəllər səbəbindən ağırtonnajlı nəqliyyat vasitələrində olan yüklər xarab olur. Noyabrın 3-dən etibarən, yəni etiraz aksiyasından sonra maşınların buraxılışı nisbətən sürətlənib.

Yerli gömrük xidmətinin rəis müavini Hacımurad Şamxalov bildirib ki, dağıstanlı sürücüləri təhqir edən gömrükçü artıq işdən çıxarılıb.

Dağıstan rəhbərinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda əsas məqsəd yaranan gərginliyin aradan qaldırılmasıdır.

V.Vasilyev Dağıstan hökuməti sədrinin müavini Ramazan Cəfərova insidenti araşdırmağa və onu hesabat verməyi tapşırıb.

S.Xankişiyeva

Paylaş:
736

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər