Andrea Pirlo karyerasını başa vurub | 1news.az | Xəbərlər
Futbol

Andrea Pirlo karyerasını başa vurub

20:35 - 06 / 11 / 2017
Andrea Pirlo karyerasını başa vurub

İtaliyalı əfsanəvi futbolçu Andrea Pirlo karyerasını bitirib.

1news.az-ın məlumatına görə, 38 yaşlı yarımmüdafiəçi bu gün son matçını keçirib.

“Nyu-York Siti”nin ABŞ çempionatının pley-off mərhələsində “Kolambus”la keçirdiyi qarşılaşmanın 90-cı dəqiqəsində meydana girən veteran oyunçu bununla da futbolla vidalaşıb. Oyun “Nyu-York Siti”nin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, A. Pirlo futbolçu karyerası ərzində “Breşiya”, “İnter”, “Recina”, “Milan”, “Yuventus” və son olaraq “Nyu-York Siti”nin şərəfini qoruyub. O, İtaliya millisi ilə DÇ-2006-nın qalibi olub.

1news.az

Paylaş:
815

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər