ABŞ və Türkiyə vizaların verilməsini qarşılıqlı surətdə qismən bərpa edib
ABŞ-ın Ankaradakı səfirliyi və konsulluğu Türkiyə vətəndaşlarına vizaların verilməsini qismən bərpa edib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ-ın diplomatik təmsilçiliklərində viza üçün müraciətlərin məhdud sayda qəbuluna başlanılıb. Türkiyə tərəfinin də analoji addım atdığı bildirilir.
AFP agentliyinin məlumatına görə, Birləşmiş Ştatların hakimiyyət orqanları bu qərarı Türkiyənin Baş naziri Binəli Yıldırımın noyabrın 7-11-də ABŞ-a planlaşdırılan səfəri ərəfəsində qəbul edib.
Xatırladaq ki, Vaşinqton oktyabrın 8-də Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmışdı. Buna cavab olaraq, Ankara da həmin gün eyni addımı atmışdı.
1news.az
721