Çində robot-stomatoloq insanın iştirakı olmadan ilk əməliyyat keçirib | 1news.az | Xəbərlər
Dünya

Çində robot-stomatoloq insanın iştirakı olmadan ilk əməliyyat keçirib

23:37 - 07 / 11 / 2017
Çində robot-stomatoloq insanın iştirakı olmadan ilk əməliyyat keçirib

Son zamanlar həkimlərə müxtəlif əməliyyatlar aparmaqda kömək edən robotlar hazırlandığı barədə çoxsaylı informasiya yayılır.

Elə robotlar da var ki, belə əməliyyatları müstəqil şəkildə keçirə bilir. Buna əyani misal Çində istehsal olunan və bu günlərdə ilk müstəqil əməliyyat aparan robot-stomatoloqdur.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, robot qadın pasiyentin ağzına 3 ölçülü printerdə hazırlanan 2 ədəd diş qoyub. Həmin əməliyyat zamanı yaxınlıqda bir neçə tibb işçisi olub. Onlar yalnız robotlaşdırılmış stomatoloqun fəaliyyətini izləyib və əməliyyata heç bir vacib müdaxilə etməyiblər.

Əməliyyat noyabrın 4-də Sian şəhərində həyata keçirilib. Mütəxəssislər implantın qoyulduğu zaman xətanın 0,2-0,3 millimetrdən çox olmadığını və onun bu cür əməliyyatlarda məqbul sayıldığını bildiriblər. Ekspertlər hesab edirlər ki, belə robotların tətbiqi stomatoloqlar arasında yüksək səviyyəli mütəxəssis çatışmazlığını aradan qaldırmağa kömək göstərəcək.

Robot-stomatoloqun ərsəyə gəlməsində Sian şəhərində yerləşən hərbi-tibbi universitetin stomatoloji hospitalının və robot-texniki institutunun çox sayda mütəxəssisi iştirak edib və onun hazırlanmasına dörd il vaxt lazım gəlib.

Statistikaya əsasən, Çində 400 milyona yaxın insanın peşəkar stomatoloqların xidmətinə ehtiyacı var. Lakin bütün müştərilərə yeni diş qoya biləcək həkimlər çatışmır. Hazırda ölkədə implant qoymaqla məşğul olan çox sayda həkim olsa da, onların heç də hamısı lazımi bilik və təcrübəyə malik deyil. Nəticədə pasiyentlərin bir çoxu yeni dişlər qoyulduqdan sonra daha böyük problemlərlə qarşılaşır.

1news.az

Paylaş:
817

Sizin üçün xəbərlər

Son xəbərlər

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37
Bütün xəbərlər