Ərinin xəyanətini öyrəndi, təyyarəni məcburi eniş etdirdi
“Qətər” Hava Yollarına məxsus təyyarədə qəribə hadisə baş verib.
1news.az cnnturk-ə istinadla xəbər verir ki, paytaxt Dohadan İndoneziyanın Bali adasına uçan adı açıqlanmayan bir xanım yuxuya getmiş həyat yoldaşının barmaqlarından istifadə edərək onun telefonunu açıb.
Telefonda həyat yoldaşının başqa bir qadınla əlaqəsinin olduğunu müəyyən edən qadın onu vurmağa başlayıb.
Uçuş heyəti qadını sakitləşdirə bilmədiyi və vəziyyət nəzarətdən çıxdığı üçün pilot Hindistanın cənubundakı Cennayi şəhərinə məcburi eniş edib.
İranlı cütlük və uşaqları endirildikdən sonra təyyarə İndoneziyaya yola düşüb. Onların Hindistan vizası olmadığı üçün bu ölkədə göz altına alınıblar. Qadının sakitləşməsindən sonra isə ailə Kuala Lumpur üzərindən Qətərə yola salınıb.
1news.az