Telman İsmayılovun satışa çıxardığı stadiona alıcı tapılmayıb | 1news.az | Xəbərlər
Dünya

Telman İsmayılovun satışa çıxardığı stadiona alıcı tapılmayıb

15:05 - 08 / 11 / 2017
Telman İsmayılovun satışa çıxardığı stadiona alıcı tapılmayıb

Azərbaycanlı iş adamı, Telman İsmayılovun satışa çıxardığı stadiona alıcı tapılmayıb.

1news.az-ın Sondakika-ya istinadla verdiyi xəbərə görə, “Mardan Palace” otelin stadionu, personal üçün nəzərdə tutulan yaşayış sahəsi ilə birgə auksiona çıxarılıb.

101 milyon TL (təxminən 46 milyon AZN) qiymət qoyulan stadionun auksionunda komissiya üzvləri 5 dəqiqə gözləyiblər və alıcı olmadığı üçün tenderi bir həftə sonra eyni vaxta təxirə salıblar.

Qeyd edək ki, sözügedən stadion 74 min, otel işçiləri üçün nəzərdə tutulan yaşayış yeri isə 28 min 394 kavdratmetr ərazini əhatə edir.

S.Xankişiyeva

 

 

Paylaş:
1055

Son xəbərlər

Bütün xəbərlər