YUNESKO-ya yeni baş direktor seçilib | 1news.az | Xəbərlər
Dünya

YUNESKO-ya yeni baş direktor seçilib

17:14 - 10 / 11 / 2017
YUNESKO-ya yeni baş direktor seçilib

Fransanın keçmiş mədəniyyət naziri Odre Azule YUNESKO-nun baş direktoru vəzifəsinə seçilib.

1news.az  xəbər verir ki, onun namizədliyini YUNESKO Baş Konfransının iştirakçılarının böyük əksəriyyəti dəstəkləyib.

Qeyd edək ki, 45 yaşlı fransalı sabiq nazir bu vəzifədə İrina Bokovanı əvəz edəcək.

Xatırladaq ki, İ.Bokova 2009-cu ildən YUNESKO-nun baş direktoru vəzifəsində çalışıb.

1news.az  

Paylaş:
821

Son xəbərlər

Bütün xəbərlər