Avropa İttifaqının İranda ofisi açılacaq | 1news.az | Xəbərlər
Dünya

Avropa İttifaqının İranda ofisi açılacaq

18:25 - 12 / 11 / 2017
Avropa İttifaqının İranda ofisi açılacaq

Avropa İttifaqının Tehranda ofisinin açılması məsələsi İranın Xarici İşlər Nazirliyinin gündəmindədir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri İranın birinci vitse-prezidenti İshaq Cahangiri bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İran ilə Avropa ölkələrinin münasibətlərinin qədim tarixi var.

İranın birinci vitse-prezidenti deyib:

“İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar aradan qaldırıldıqdan sonra münasibətlərin inkişafında intensivlik müşahidə olunur. Tərəflər siyasi və iqtisadi əlaqələri davam etdirmək niyyətindədirlər. Avropa şirkətləri İrana sərmayə yatırmağa hazırdırlar. Münasibətlər yüksələn xətlə inkişaf edir. Bütün bunlar Avropa İttifaqının Tehranda ofisinin açılmasını zərurətə çevirib”.

S.Xankişiyeva

 

Paylaş:
647

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər