Rusiyada tanınmış teleaparıcı intihar edib
Rusiyada tanınmış teleaparıcı Boris Notkin mənzilində ölü tapılıb. İlkin versiyaya əsasən, aparıcı intihar edib.
1news.az-ın RİA Novosti-ya istinadla verdiyi xəbərə görə, 75 yaşlı B.Notkinin tüfəngdən atəş açaraq intihar etdiyi ehtimal olunur.
Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.
“TV Sentr” kanalının rəhbərlərindən biri olan Boris Notkinin uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
S.Xankişiyeva
2891