Hindistanda bərə çevrilib: ölənlər var | 1news.az | Xəbərlər
Dünya

Hindistanda bərə çevrilib: ölənlər var

15:52 - 13 / 11 / 2017
Hindistanda bərə çevrilib: ölənlər var

Hindistanın cənub-şərqində, Andhra-Pradeş ştatında çay bərəsi qəzaya uğrayıb.

1news.az xəbər verir  ki, Krişna çayında 38 sərnişini, 3 nəfərlik ekipajı olan bərə çevrilib.

Hadisə nəticəsində ən azı 19 nəfər həlak olub, 4 nəfər itkin düşüb.

Sərnişinlər dini mərasimdə iştirak etməyə gedirlərmiş.

Bərənin sahilə yaxın zonada çevrildiyi bildirilir. Şahidlər və xilasedicilər təqribən 20 nəfəri xilas edə biliblər.

Qəzaya səbəb kimi bərənin həddindən artıq yüklənməsi göstərilir.

1news.az

Paylaş:
681

Son xəbərlər

Bütün xəbərlər