Çexiya qəzeti Azərbaycan səfirinin ölkəmizlə bağlı qərəzli yazılara cavab məqaləsini dərc edib | 1news.az | Xəbərlər
Siyasət

Çexiya qəzeti Azərbaycan səfirinin ölkəmizlə bağlı qərəzli yazılara cavab məqaləsini dərc edib

16:07 - 13 / 11 / 2017
Çexiya qəzeti Azərbaycan səfirinin ölkəmizlə bağlı qərəzli yazılara cavab məqaləsini dərc edib

Çexiyanın “Mlada Fronta Dnes” qəzetində Azərbaycanla bağlı iftira xarakterli yazılar dərc edilib və heç bir dəlil gətirilmədən Çexiyada fəaliyyət göstərən azərbaycanlı iş adamlarının adı “korrupsiya halları”nda qeyd olunub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu qarayaxma kampaniyasına cavab olaraq, Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin “Mlada Fronta Dnes” qəzetində cavab yazısı və əlavə olaraq qəzet tərəfindən müvafiq təkzib dərc edilib.

Səfir Fərid Şəfiyevin yazısında heç bir dəlil göstərilmədən çex siyasətçilərinə guya rüşvət verilməsi ilə bağlı böhtan xarakterli iddialara qəti etiraz edilir. Bu iddianın müəlliflərinin “Transparency International” təşkilatının Çexiya bölməsinin direktoruna istinad etdikləri, lakin bu təşkilatın da korrupsiya ilə bağlı hər hansı sübuta malik olmadığını açıq şəkildə qeyd etmələrinə diqqət çəkilir. Beləliklə, məqalə müəlliflərinin dəlil gətirmək əvəzinə spekulyasiya ilə məşğul olduqları qeyd edilir, Azərbaycanın Çexiya və ya digər ölkələrdə hər hansı qeyri-qanuni fəaliyyətə cəlb edilmədiyi bildirilir. Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin əleyhinə aparılan kampaniyanın utancverici olduğu qeyd olunur.

Məqalədə Azərbaycanın Çexiya ilə əməkdaşlıq etdiyi, iki ölkənin vacib tərəfdaşlar olduğu, Çexiyanın enerji ehtiyaclarının 40 faizinin Azərbaycan tərəfindən təmin olunduğu, lakin Çexiyada bu barədə az adamın məlumatlı olduğu vurğulanır. Bundan başqa, Çexiya şirkətlərinin Azərbaycanda irihəcmli müqavilələr imzaladığı bildirilir, bunların sırasında neft və kimya, maşınqayırma və yol-tikinti sahələrinin olduğu qeyd edilir.

Müəllif, həmçinin Azərbaycanın Çexiyanın enerji təhlükəsizliyindəki roluna, TANAP qaz kəmərinin tikintisinə, bu layihənin tranzit yollarının şaxələndirilməsində ölkəmizin roluna və Aİ ilə əməkdaşlığına diqqət çəkir. Bundan başqa, Əfqanıstanda sülhün bərqərar edilməsində və beynəlxalq terrorçuluğa qarşı mübarizədə Çexiya və Azərbaycanın birgə məqsədinin olduğu vurğulanır.

“Mlada Fronta Dnes” qəzetində dərc edilən təkzib xarakterli yazıda bildirilir ki, qəzetin 18 oktyabr tarixli məqaləsində Çexiyada fəaliyyət göstərən iş adamı Əli Əsgərov haqqında yer almış məlumat doğru deyil.

S.Xankişiyeva

 

 

Paylaş:
727

Son xəbərlər

Viktor Orban Azərbaycana səfər edəcək04 / 07 / 2024, 17:45Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb04 / 07 / 2024, 17:40Azərbaycan Prezidenti ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a dəvət edib04 / 07 / 2024, 17:28Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - YENİLƏNİB04 / 07 / 2024, 17:21Gəncədə qanunsuz tikinti işləri dayandırılıb04 / 07 / 2024, 17:18Heydər Əliyev Beynəlxalq Aeroportu ACI EUROPE 2024 İllik Konqresi və Baş Assambleyasında iştirak edir04 / 07 / 2024, 16:59Azərbaycan dili fənni üzrə keçirilən imtahananın nəticələri açıqlanıb04 / 07 / 2024, 16:41Qəzza zolağında ölən fələstinlilərin sayı 38 mini keçib04 / 07 / 2024, 16:39Bu bölgələrdə 3 gün qaz olmayacaq04 / 07 / 2024, 16:17Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir04 / 07 / 2024, 16:00Sevinc Fətəliyeva: “Azərbaycan ŞƏT-in bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub”04 / 07 / 2024, 15:53İraq nümayəndə heyəti Ali Məhkəmədə olub04 / 07 / 2024, 15:25Azərbaycan Mərkəzi Bankı “PashaPay”ə lisenziya verib04 / 07 / 2024, 15:11“Ölkəmizdə uşaqların, yeniyetmə və gənclərin fiziki və mənəvi hazırlığı ilə bağlı çox geniş şərait var” - ŞƏRH04 / 07 / 2024, 15:01Azərbaycan XİN ABŞ-ni təbrik edib04 / 07 / 2024, 14:47“Wi-Fi üzərindən zəng” – “Bakcell” abonentlərə yeni innovativ xidmət təqdim etdi04 / 07 / 2024, 14:46Əhali Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini istəyir? - STM sorğu nəticələrini açıqladı04 / 07 / 2024, 14:36Prezident ŞƏT-in Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə iştirak edib04 / 07 / 2024, 14:32Bakının Mehdi Hüseyn və Teymur Elçin küçələrində təmir yekunlaşıb - FOTO - VİDEO04 / 07 / 2024, 14:21Əhməd Əhmədov yenidən məhkəmə qarşısında çıxarıldı - Özünü təqsirli bilib, ifadə vermədi04 / 07 / 2024, 13:54
Bütün xəbərlər