Rusiyalı aparıcı Zirəddini studiyadan qovdu – VİDEO
Rusiyanın Birinci kanalında yayımlanan “Kişi/Qadın” verilişinin aparıcısı Aleksandr Qordon azərbaycanlı ekstrasens Zirəddin Rzayevi studiyadan qovub.
1news.az-ın BakuPost.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Z. Rzayev özü youtube kanalında paylaşım edib. O bildirib ki, aparıcı onu psixopat adlandırıb.
Ekstrasens əlavə edib ki, Rusiyanın Birinci kanalına hörmətlə yanaşır və hər zaman kanalın verilişlərinin dəvətlərini məmnuniyyətlə qəbul edir. Lakin bu dəfəki dəvəti zamanı “Kişi/Qadın”ın aparıcılarından biri Qordon heç bir səbəb olmadan onu verilişdən qovub:
“Qordon mənimlə diskussiya apara bilmədi, çünki o, kifayət qədər intellekt sahibi deyil. Məni psixopat adlandırdı və studiyadan qovanda öz vacibliyini göstərmək və məni aşağılamaq istədi. Lakin əslində o, özünü aşağıladı”.
1news.az