Xocavənddə əkin sahəsindən tank əleyhinə mina tapılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocavənddə əkin sahəsindən tank əleyhinə mina tapılıb - FOTO

20:57 - 13 / 11 / 2017
Xocavənddə əkin sahəsindən tank əleyhinə mina tapılıb - FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xocavənd rayonunda keçirdiyi əməliyyatla bağlı məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, noyabrın 8-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xocavənd rayonu, Qarasu kəndi ərazisində 1 ədəd mərminin olması  barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 əkin sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilib.

Hava şəraitinin əlverişsiz olması ilə əlaqədar olaraq mina noyabrın 13-də partlayış yolu ilə zərərsizləşdirilib.

Aşkar olunmuş minanın ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

1news.az

Paylaş:
716

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər