Məmmədyarov Moskvaya, Lavrov Bakıya gəlir | 1news.az | Xəbərlər
Siyasət

Məmmədyarov Moskvaya, Lavrov Bakıya gəlir

13:21 - 14 / 11 / 2017
Məmmədyarov Moskvaya, Lavrov Bakıya gəlir

 

Xarici işlər naziri Elmar Məmmədyarov 16 noyabr tarixində Moskvaya işgüzar səfər edəcək.

 Bu barədə 1news.az-a XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, səfər əsnasında Moskvada xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

Noyabrın 20-də Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov Azərbaycana səfər edəcək.

P.Sultanova

 

 

 

Paylaş:
847

Son xəbərlər

Bütün xəbərlər