Səfir: Dünya ictimaiyyəti təcavüzkar Ermənistana qarşı sanksiyalar qəbul etməlidir | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Dünya ictimaiyyəti təcavüzkar Ermənistana qarşı sanksiyalar qəbul etməlidir

13:58 - 14 / 11 / 2017
Səfir: Dünya ictimaiyyəti təcavüzkar Ermənistana qarşı sanksiyalar qəbul etməlidir

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin nüfüzlu televiziya kanallarından biri olan Waqt Tv –nin  “Embassy Road” (Səfirlik Yolu) proqramına növbəti müsahibə verib.

1news.az-a səfirlikdən verilən məlumata görə, diplomat Azərbaycan-Pakistan münasibətlərinin inkişafı, Azərbaycan Prezidenti və Pakistan rəhbərliyinin təlimatları əsasında və onların birbaşa diqqətləri nəticəsində iki ölkə arasında artan əməkdaşlığın daha da şaxələndirilməsi istiqamətində görülən işlər və həyata keçirilən layihələr haqqında məlumat verib.

Azərbaycanda xarici investorlar üçün yaradılan münbit şərait, kənd təsərrüfatı, sənaye və texnoloji parkların fəaliyyətləri haqqında məlumat verən səfir, Azərbaycanla-Pakistan arasında olan  strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi, ticari, hərbi-texni, enerji, turizm və digər  sahələrdə də əməkdaşlığa öz tövhəsini verdiyini, 2017-ci ildə iqtisadi-ticari və kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün iki birgə işçi qruplarının yaradıldığını, viza rejiminin Pakistan vətənadaşları üçün sadələşdirildiyini və qarşılıqlı investisiya üçün imkanların artdığını bildirib.                            

Aparıcının suallarına cavab olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti, təxribatları, Xocalı soyqırımı haqqında məlumat verən səfir  Azərbaycan torpaqlarının sülh yolu ilə azad olunması üçün dünya ictimaiyyətinin təcavüzkar Ermənistana təzyiq göstərməsi və ciddi sanksiyalar qəbul etməsi gərəkdiyini bildirb. 

Azərbaycan Prezidenti tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması ilə bağlı da məlumat verən Ə.Əlizadə İslam dinin sülh və əminamanlıq dini olduğunun dünya ictimaiyyətinə bir daha çatdırılması, İslam ölkələri arasında birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi üçün Azərbaycanda, eləcə də Azərbaycanın birgə təçkilatçılığı bir sıra digər xarici ölkələrdə müxtəlif tədbirlərin təşkil olunduğunu və layihələrin icra edildiyini, 54 ölkənin iştirakı ilə İslam Həmrəyliyi Oyunlarının cari ildə Bakıda yüksək səviyyədə baş tutduğu haqqında tamaşaçıları məlumatlandırıb.

Səfir Əli Əlizadə həmçinin, aparıcının ikitərəfli əlaqələrə və regional məsələlərə dair digər suallarını cavablandırıb, cari ilin sonuna kimi Azərbaycanla Pakistan arasanda bir sıra qarşılıqlı səfərlərin baş tutacağını və layihələrin icra ediləcəyini bildirib.

P.Sultanova

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər