"Taliban" hücum etdi, 22 hərbçi həlak oldu
Əfqanıstanda “Taliban” terror qruplaşmasının hücumu nəticəsində ən azı 22 təhlükəsizlik əməkdaşı həlak olub, 15 nəfər yaralanıb.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, hücum Qəndəhar əyalətində həyata keçirilib və hərbçilərlə yaraqlılar arasında silahlı toqquşma bir saata yaxın davam edib.
Polisin məlumatına görə, qısa müddət davam etməsinə baxmayaraq bu, son illərin ən böyük hücumu olub. Hərbiçilər 40 “Taliban” yaraqlısını məhv etməyə nail olublar, daha 35 nəfər isə yaralanıb.
Qeyd edək ki, Əfqanıstanda vəziyyət son aylarda nəzərə çarpacaq dərəcədə pisləşib. "Taliban" la yanaşı ölkədə "İŞİD”in də təsiri artıb.
P.Sultanova
759