Braziliyanın xarici əlaqələr naziri Azərbaycana səfərə gəlir
Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloysio Nunes Ferreira noyabrın 15-də Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, səfər çərçivəsində nazir Aloysio Nunes Ferreiranın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər ilə görüşü nəzərdə tutulub.
Elmar Məmmədyarovla görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
S.Xankişiyeva
849