Xalid Fouda: Azərbaycanın “ASAN” xidmət təcrübəsini Şarm əl-Şeyxdə tətbiq etmək istəyirik
Azərbaycanın “ASAN” xidmət təcrübəsi çox önəmli və maraqlı təcrübədir. Bu təcrübəni Şarm əl-Şeyxdə tətbiq etmək istəyirik.
1news. az xəbər verir ki, bunu Misirin Cənubi Sinay yarmadasının qubernatoru Xalid Fouda Bakıda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, nümunə olaraq Şarm əl-Şeyxdə bu təcrübə tətbiq edilməyə başlayacaq. Daha sonra başqa şəhərləri əhatə edə bilər.
Qubernator əlavə edib ki, bu məqsədlə Şarməl-Şeyxin icra başçısı Bakıya gələcək.
P.Sultanova
887