Mübariz Əhmədoğlu: İspaniya presedenti Dağlıq Qarabağ tənzimlənməsi üçün yeni resurslar yaratdı | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: İspaniya presedenti Dağlıq Qarabağ tənzimlənməsi üçün yeni resurslar yaratdı

09:56 - 15 / 11 / 2017
Mübariz Əhmədoğlu: İspaniya presedenti Dağlıq Qarabağ tənzimlənməsi üçün yeni resurslar yaratdı

İspaniyanın Kataloniyadakı müstəqillik referendumunun nəticələrinə qarşı atdığı addımlar Avropa və ABŞ tərəfindən dəstəkləndi. Məsələ burasındadır ki, cəza prizmasından Dağlıq Qarabağ problemini yaradan ermənilərin davranışı diqqəti daha çox cəlb edir. Dağlıq Qarabağ cinayətkarları müəyyən qədər təpki görsəydilər, münaqişə çoxdan tənzimlənərdi.

1news.az xəbər verir ki, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq  Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ tənzimlənməsinin yeganə maneəsi Ermənistan və onun başında dayananan cinayətkarlardır.

Politoloq hesab edir ki, Avropa separatçı cinayətkarlara qarşı mübarizənin məqbul yolunu göstərdi. Ona görə Azərbaycan yaranmış reallıqda yol xəritəsi hazırlamalı və bu yol xəritəsi bir neçə istiqaməti əhatə edən elementləri birləşdirməlidir:

“Birincisi, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağda separatçı rejimin əvəzlənməsini reallaşdırmalıdır. Cinayətkar Qarabağ klanı Dağlıq Qarabağda hərbi-polis rejimi quraraq yerli erməniləri də girov saxlayır.

İkincisi, Dağlıq Qarabağ separatçılarının liderlərinin Avropa məkanında hərəkətınə son qoyulmalıdır. Bəllidir ki, Ermənistan vətəndaşlığı altında Bako Saakyan hər il müxtəlif ölkələrə səfər edir, telemarafon keçirir, pul dilənir.

Üçüncüsü,  Avropanın bəzi siyasətçiləri və deputatları qohumluq, milli, dini və digər şəxsi maraqlar prizmasından  Dağlıq Qarabağda cinayətkar separatizmi dəstəkləyirlər. Aİ-nin  müvafiq strukturları onlarla maraqlanmalıdır.

Digər tərəfdən, Ermənistan AİB-ə üzv qəbul edilərkən Dağlıq Qarabağı tərkib hissəsi hesab etməyəcəyi və müstəqilliyini tanımayacağı barədə rəsmi öhdəlik götürüb. Aİ Ermənistanla çərçivə sazişinin mətninə analoji öhdəlik əlavə etməlidir.

Nəhayət, ABŞ Dağlıq Qarabağın separatçı rejiminə maliyyə yardımlarını dayandırmalıdır”.

M.Əhmədoğlunun sözlərinə görə,  çox vacib istiqamət və faktorlardan biri Rusiya istiqamətində aparılan işlər olmalıdır:

“Dağlıq Qarabağda Rusiyanın iştirakının siyasi və maddi əsasları var. Maddi əsaslar aradan qaldırılarsa, bu siyasi əsaslara da təsir edəcək.

Rusiyadakı ermənilər Dağlıq Qarabağda hərbi təyinatlı geniş tikinti işləri və maliyyə layihələri reallaşdırırlar. Avtomaşınlar, müxtəlif hərbi texnikalar hədiyyə edirlər.

Dağlıq Qarabağın istehlak etdiyi təbii qaz Rusiyadan gəlir. Rusiyanın təbii qazının Dağlıq Qarabağa axının dayandırılması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə ən ciddi töhfə ola bilər. “Qazprom”un (RF) Aİ məkanında müxtəlif layihələr reallaşdırmağına etirazlar bildirdiyi halda, Rusiya qazının Dağlıq Qarabağa nəqlinə laqeyd yanaşılır. Bu Avropa və RF tərəfindən ikili standartların daha bir nümunəsidir.

Azərbaycan rəsmiləri bu parametrləri nəzərə alaraq yol xəritəsi hazırlamalı və bu yol xəritəsini bütün dövlətlərə, xüsusilə ATƏT MQ həmsədr ölkələrinə təqdim etməlidir. Separatizmin cəzalandırılmasının davamı istiqamətində atılan addımlar ilk növbədə ATƏT MQ ölkələri, Aİ məkanı və Rusiya üçün daha çox faydalıdır”.

1news.az

Paylaş:
894

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər