Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı aksiya keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı aksiya keçirilib

14:23 - 16 / 11 / 2017
Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı aksiya keçirilib

Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, tədbir metronun Marcanişvili stansiyası qarşısından yürüşlə başlayıb. Aksiyada Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələb olunub.
 
“Azərbaycanlı girovlara azadlıq!”, “Ermənistanın işğalına son!” şüarları altında keçirilən tədbirə azərbaycanlıların yerli təşkilatlarının nümayəndələri, azərbaycanlı fəal gənclər və tələbələr qatılıb.
 
Aksiyada iştirak edən D. Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib ki, artıq 4 ildir azərbaycanlı girovlar qanunsuz olaraq erməni girovluğunda saxlanılır. O qeyd edib ki, aksiyanın keçirilməsində məqsəd dünya ictimaiyyətini azərbaycanlı girovların taleyinə biganə qalmamağa çağırmaqdır.

Aksiyaya dəstək olan Rusiya vətəndaşı Svetlana Şaqayeva Rusiya prezidenti Vladimir Putini Ermənistan girovluğunda olan azərbaycanlıların  azad olunmasında vasitəçilik etməyə çağırıb:  “Rusiya vətəndaşının Ermənistanda 4 ilə yaxın girovluqda saxlanılması qanunsuzdur. Belə çıxır ki, Ermənistan Rusiyaya qarşıdır. Sarkisyan öz xalqının düşmənidir. Ermənistanda yalnız yaşlılar və uşaqlar qalıb, iqtisadi vəziyyət acınacaqlıdır. Ermənistan əhalisinin yarıdan çoxu Rusiyada işləyir və ailələrini saxlayırlar”.
 
S. Şaqayeva yaşlı insanların qanunsuz həbsdə saxlanılmasını insanlığa sığmayan hal adlandırıb: “Onlar azadlığa buraxılmalı və doğmalarına qovuşmalıdırlar”.

Tbilisi meriyası ilə razılaşdırılmış aksiya zamanı heç bir insident olmayıb.

1news.az

Paylaş:
831

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər