Dünyanın ən gözəl qızı o seçildi – FOTO
Çinin Sanya şəhərində 118 ölkə təmsilçisinin iştirak etdiyi “Miss World-2017” müsabiqəsi keçirilib.
1news.az-ın məlumatına görə, gözəllik tacını Hindistandan olan 20 yaşlı Manuşi Çhillar qazanıb.
İkinci yeri meksikalı Andreya Meza, üçüncü yeri ingilis Stefani Hill tutub. Dördüncü və beşinci sırada isə müvafiq olaraq Keniya və Fransa təmsilçiləri qərarlaşıb.
Qeyd edək ki, valideynləri həkim olan Çhillar tibbi kollecdə oxumaqla yanaşı rəqs və teatrla da maraqlanır. “İnstagram” səhifəsində isə 180 mindən artıq izləyicisi var.
1news.az
2827