Səfir: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü məsələsinə münasibəti yaxın vaxtlarda dəyişəcək | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü məsələsinə münasibəti yaxın vaxtlarda dəyişəcək

15:17 - 21 / 11 / 2017
Səfir: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü məsələsinə münasibəti yaxın vaxtlarda dəyişəcək

“Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin imzalanması  həlledici mərhələyə qədəm qoyub”.

1news.az xəbər verir ki, bunu Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında nümayəndəliyin rəhbəri Fuad İsgəndərov Brüsseldə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forumun “Avropada separatizm: səbəblər, nəticələr. Avropanın iqtisadi və siyasi gələcəyinə yaranan təhlükələr” adlı ikinci panel iclasında çıxışında deyib.

O bildirib  ki, Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü məsələsinə münasibətinin yaxın vaxtlarda dəyişəcəyinin şahidi olacağıq:

“Əgər bir neçə il əvvəl Brüsseldə Azərbaycanın ərazi bütövlüyünə müəyyən qədər səhlənkar və soyuq münasibət göstərilirdisə, indi artıq çox şey dəyişib. Avropa İttifaqı indi birmənalı şəkildə başa düşür ki, separatizm onun özünə zərbə vura bilər və Kataloniya bunun bariz nümunəsidir”.

P.Sultanova

 

 

 

 

 

Paylaş:
545

Son xəbərlər

Bütün xəbərlər