Putin Soçidə Əsədlə görüşüb | 1news.az | Xəbərlər
Dünya

Putin Soçidə Əsədlə görüşüb

09:15 - 21 / 11 / 2017
Putin Soçidə Əsədlə görüşüb

Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, tərəflər Soçidə bir araya gəlib.

Rusiyaya işgüzar səfər edən Əsədi həmkarı Putin terrorla apardığı uğurlu mübarizəya görə onu təbrik edib. Putin vurğulayıb ki, Suriya xalqı çox çətin sınaqlardan keçir və yaraqlıların məğlubiyyəti artıq yaxınaşır.

Suriya dövlət başçısı qeyd edib ki, son iki il ərzində Rusiya hərbi hava qüvvələrinin və hökumət qüvvələrinin köməyi ilə əldə olunan uğurlar aydın görünür. Bir çox insanlar öz evlərinə qayıda biliblər. Əsədin sözlərinə görə, Rusiyanın  sayəsində Suriya bir dövlət kimi xilas oldu.

Yığıncaqda Putin, Suriya Dövlət Başçısı, Müdafiə Nazirliyi və Rus Silahlı Qüvvələrinin Baş Qərargahı rəhbərliyinə təqdim etdi.

Müzakirələr zamanı liderlər Soçi şəhərində Suriya xalqlarının qurultayının keçirilməsi prinsiplərini müzakirə ediblər.

P.Sultanova

 

Paylaş:
590

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər