Mübariz Əhmədoğlu: Rusiyanın Türkiyəyə güzəştə gedə biləcəyi ən asan məsələ Dağlıq Qarabağ məsələsidir   | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Rusiyanın Türkiyəyə güzəştə gedə biləcəyi ən asan məsələ Dağlıq Qarabağ məsələsidir  

11:03 - 21 / 11 / 2017
Mübariz Əhmədoğlu: Rusiyanın Türkiyəyə güzəştə gedə biləcəyi ən asan məsələ Dağlıq Qarabağ məsələsidir  

Erməni düşüncə tərzi Rusiya-Türkiyə münasibətlərini mütəmadi diqqətdə saxlayır. Uzun müddət ermənilər Rusiya-Türkiyə düşmənçiliyinə nail olmağa çalışdılar. Uğursuzluğa düçar oldular.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Rusiya-Türkiyə münasibətləri ilə bağlı xəbəri şərh edərkən bildirib:

“Rusiya ilə Türkiyənin yaxınlaşması ermənilərin yuxusunu ərşə qaldırıb. Ermənilərə görə Rusiya Türkiyəni məhv etməlidir. Başqa sözlə, Ermənistan prizmasından Rusiya-Türkiyə münasibətlərində Qarabağ mövzusu yeganə məsələ deyil. Azərbaycan üçün Rusiya-Türkiyə münasibətlərinin yalnız normallaşması lazımdır.

Çünki risk azalır, normal ticari-iqtisadi mexanizmlər fəaliyyət göstərir. Dağlıq Qarabağ problemini təkbaşına həll etməyə Azərbaycanın çoxdan gücü çatır. 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycanın erməni təxribatına qarşı təkbaşına verdiyi cavabı dayandırmaq üçün Rusiya tərəfi hiyləyə əl atdı; RF-in baş naziri D.Medvedev Türkiyənin bu əməliyyatlarda Azərbaycana dəstək verdiyini bildirdi. Medvedevin bu bəyanatınadək RF Xİ naziri S.Lavrov Türkiyənin hərbi əməliyyatlarda iştirak etmədiyini bildirmişdi. Medvedevdən sonra bütün Rusiya Türkiyənin Ermənistana qarşı müharibəsindən danışdı. Nəticədə, Azərbaycanın təkbaşına əldə etdiyi qələbəyə kölgə salmağa cəhdlər oldu”.

Politoloqun fikrincə, Klassik Azərbaycan prizmasından heç bir dövlətin Dağlıq Qarabağ problemi ilə məşğul olmasına ehtiyacı yoxdur.

“Əgər Rusiya Dağlıq Qarabağ məsələsini həll etmək istəyirsə, bunu birbaşa Azərbaycanın Prezidenti ilə müzakirə etməlidir. Bütün qalan variantlar Rusiyanın regional maraqlarının strategiyasına xələl gətirəcəkdir. V.Putinin R.T.Ərdoğana verdiyi cavabdan bu anlaşılır.

Soçidə RF prezidenti V.Putinlə Türkiyə prezidenti R.T.Ərdoğan arasında 4 saatlıq görüşdə Dağlıq Qarabağ problemi müzakirə edildi. Amma o da nəzərə alınmalıdır ki, hal-hazırda Rusiya ilə Türkiyə arasında müzakirə olunan məsələlərin sayı hədsiz çoxdur. Heç kimin gözləmədiyi halda kürd faktoru sıradan çıxdı. Kürd faktoru Yaxın Şərq regionunda Rusiyanın böyük müttəfiqi idi. İran Suriyada İsraillə sərhəddən 30 km aralıda hərbi baza yaradır”.

Mübariz Əhmədoğlunun sözlərinə görə, V.Putinin dövründə Yaxın Şərq istiqamətində Rusiyanın əldə etdiyi bütün uğurlar qısa müddət ərzində əlindən çıxa bilər.

“Ona görə Rusiya indi Türkiyəyə qarşı kəskin siyasət apara bilməz. İş o yerə çatıb ki, Rusiya hətta Krım məsələsini Türkiyənin qarşısında qoya bilmədi; Türkiyənin fikrincə, Krım Ukraynanın ərazisidir, Rusiya Krımı işğal edib. Krım limanlarından çıxan gəmilərin Türkiyə limanlarına daxil olması qadağan edildi. Belə vəziyyətdə Türkiyədən lazımi dəstəyi almaq üçün Rusiya nəinki Qarabağı, hətta bütövlükdə Ermənistanı Türkiyəyə bağışlaya bilər”.

S.Xankişiyeva

Paylaş:
537

Son xəbərlər

ARDNF ötən ay satılan ABŞ dollarının məbləğini açıqladı02 / 07 / 2024, 17:50ADY sərnişin daşınmasını 20% artırıb02 / 07 / 2024, 17:40Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib02 / 07 / 2024, 17:33Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib02 / 07 / 2024, 17:27Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkət zolağı təşkil edilib02 / 07 / 2024, 17:15Azercell yeni Smartfon kampaniyasını təqdim edir!02 / 07 / 2024, 17:04ABB AKA Bankla müqavilə imzaladı02 / 07 / 2024, 17:02Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub02 / 07 / 2024, 16:58Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunub02 / 07 / 2024, 16:52Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRH02 / 07 / 2024, 16:43Bəzi bölgələrdə yağış yağıb, şimşək şaxıb - FAKTİKİ HAVA02 / 07 / 2024, 16:36Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyib02 / 07 / 2024, 16:00BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb02 / 07 / 2024, 15:52Azərbaycanla Tacikistan arasında imzalanmış üç saziş təsdiq edilib02 / 07 / 2024, 15:48“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər! - FOTO02 / 07 / 2024, 15:24Azərbaycanın müdafiə naziri Belarusa səfər edib02 / 07 / 2024, 15:18Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTO02 / 07 / 2024, 15:17Azərbaycanın Tailanddakı səfiri dəyişib02 / 07 / 2024, 14:48ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olundu02 / 07 / 2024, 14:34Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM02 / 07 / 2024, 14:05
Bütün xəbərlər