Qucağında uşaq olan polis oğruları güllələyərək öldürdü – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Qucağında uşaq olan polis oğruları güllələyərək öldürdü – VİDEO

11:25 - 21 / 11 / 2017
Qucağında uşaq olan polis oğruları güllələyərək öldürdü – VİDEO

Braziliyanın Kampu-Limpu-Paulista şəhərində qucağında oğlunu saxlayan polis aptekə girən oğruları zərərsizləşdirib.

1news.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli “Folha  de Sao Paulo” portalı məlumat yayıb.

Məlumata əsasən, polis xanımı və qucağında oğlu ilə aptekə daxil olub. Bu zaman iki oğru soyğunçuluq məqsədiylə aptekə girib. Polis isə qucağında uşaq olmasına baxmayaraq oğrula atəş açıb. Hadisə nəticəsində hər 2 soyğunçu ölüb.

Bütün bunlar isə apterik təhlükəsizlik kamerasına düşüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
1194

Son xəbərlər

Bütün xəbərlər