Nalbandyan: Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilmir | 1news.az | Xəbərlər
Siyasət

Nalbandyan: Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilmir

11:51 - 21 / 11 / 2017
Nalbandyan: Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilmir

Dekabr ayında Vyanada Azərbaycan və Ermənistan  prezidentlərin görüşü nəzərdə tutulmayıb.

1news.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Rusiyanı xarici işlər naziri Sergey Lavrovla birgə İrəvanda mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistan prezidentlər, xarici işlər nazirləri səviyyəsində görüşdən heç vaxt imtina etməyib: “Biz danışıqların davam etməsinin tərəfdarıyıq. Dekabrda görüşüm keçirilməsi müzakirə olunmur. Amma görüş hazırlanacaqsa, Ermənidstan bundan imtina etməyəcək”.

P.Sultanova

Paylaş:
478

Son xəbərlər

Bütün xəbərlər