Həriri istefa qərarından vaz keçib
Noyabrın 4-də Səudiyyə Ərəbistanında istefasını elan edən Livanın baş naziri Saad Həriri bu qərarından vaz keçib.
1news.az TASS-a istinadla xəbər verir ki, postundan getmək barədə qərarından daşınan Həriri yenidən ölkə hökumətinə başçılıq edəcək. O, bu barədə çərşənbə günü prezident sarayında keçirilən mətbuat konfransında məlumat verib.
Ölkə prezidenti Mişel Aun baş nazirə "Gözlə" deyib və Həriri istefa fikrini dəyişərək gözləmək barədə qərar qəbul edib.
Xatırladaq ki, noyabrın 12-də Hariri “Əl-Mustaqbal” telekanalına müsahibəsində istefa barədə qərarını “Livanın maraqlarını qorumaq” cəhdi ilə izah etmişdi. Eyni zamanda bildirmişdi ki, “Livan hökuməti tərəfindən elan olunan neytrallıq və regional münaqişələrdən uzaq durmaq prinsipləri dəqiq yerinə yetirilsə” istefasından imtina etməyə hazırdır.
1news.az