Tramp və Putin hansı mövzuları müzakirə ediblər?
ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı zamanı müzakirə olunana məsələlər açıqlanıb.
1news.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Tramp həmkarı Putinlə səmərəli danışıqlar apardığını bildirib.
Ağ Evin yaydığı məlumatda bildirilir ki, bir saatdan çox davam edən telefon danışığı zamanı prezidentlərin Suriya, Ukrayna və Şimali Koreya məsələlərinə dair müzakirələr apardıqları vurğulanıb.
Prezidentlər, həmçinin Yaxın Şərq və Mərkəzi Asiya boyu terrorla birgə mübarizənin zəruriliyini təsdiqləyiblər, onlar İŞİD, “Əl Qaidə”, “Taliban” və digər terror qruplaşmalar ilə mübarizədə əməkdaşlığın davam etdirilməsi yollarının araşdırılmasına dair razılığa gəliblər.
Liderlər Ukraynada davamlı sülhün reallaşdırılması, Şimali Koreyanın nüvə silahının yaradılması proqramının dayandırılması üçün bu ölkəyə beynəlxalq təzyiqin artırılmasının zəruriliyini vurğulayıblar.
P.Sultanova