Bu adanın kişiləri balıq tutanda, qadınlar bədənlərini satmaqla pul qazanırlar – FOTO | 1news.az | Xəbərlər
Dünya

Bu adanın kişiləri balıq tutanda, qadınlar bədənlərini satmaqla pul qazanırlar – FOTO

11:40 - 22 / 11 / 2017
Bu adanın kişiləri balıq tutanda, qadınlar bədənlərini satmaqla pul qazanırlar – FOTO

Miqinqo dünyada ən sıx məskunlaşılmış adadır. Ərazisi 1800 m2 olan ada Afrikanın ən böyük gölü olan Viktoriya gölündə, Keniya ilə Uqandanın sərhədində yerləşir.

Bir futbol meydançasının yarısı boyda olan Miqinqo “Dəmir hörgü” adı ilə tanınır.

Bu adın verilməsinin səbəbi isə ərazidə yerləşən tənəkə evlərdir. Belə ki, burada insanlar özlərinin inşa etdikləri tənəkə evlərdə yaşayırlar.

Məlumat üçün bildirək ki, ilk dəfə adada 1991-ci ildə Dalmas Tembo və Corc Kibebe adlı iki keniyalı balıqçı məskunlaşıb. Sonra onlara Keniya, Uqanda və Tanzaniyadan olan 60 nəfər qoşulub. 2009-cu ildə adada yaşayanların sayı 131-ə çatdı və belə olanda Tembo və Kibebe daha heç kəsi adaya buraxmamağa qərar veriblər.

İnsanlar adada kommuna şəklində yaşayırlar. Burada məscid, kilsə, xəstəxana, qonaq evi, gözəllik salonu, aptek, 5 bar, hətta 4 fahişəxana var. Kişilər balıq tutanda onların arvadları bədənlərini satmaqla pul qazanırlar.

Qaydaya görə, yad insan adada bir sutkadan artıq qala bilməz.

Miqinqo Adası zəngin balıq qaynaqlarına sahibdir. O burada yaşayan balıqçılara həftəyə 250-300 dollar gəlir verir. Bu isə qonşu Afrika ölkələrində yaşayan insanların 2-3 aylıq gəliri deməkdir.

Buna görə də həm Keniya, həm də Uqanda ada uğrunda mübarizə aparırlar. Dəfələrlə iki ölkə arasında ada üstündə silahlı qarşıdurma olub. Bu qarşıdurmalar zamanı hətta 6 nəfər həyatını itirib. Lakin sonradan tərəflər razılığa gəliblər ki, ada sakinləri əldə etdikləri gəlirdən hər iki tərəfə vergi versinlər.

Nəticədə ada sakinləri gəlirlərinin 25 faizini vergiyə verirlər. Daha 10 faiz aparatın və özünümüdafiə qüvvələrinin saxlanmasına gedir. Beləliklə, onlar azadlıqları üçün gəlirlərinin yarıdan çoxunu verməli olurlar.

Buna baxmayaraq onlar əldə etdikləri gəlirlə Viktoriya gölünün sahilində yaşayan digər insanlardan xeyli yaxşı yaşayırlar.

Adada yaradılmış kommunanı “fəxri senatorlar” olan Tembo və Kibebe ilə yanaşı daha 5 nəfər senator idarə edir. Qərarlar sadə çoxluqla qəbul edilir.

Adada verilən ən böyük cəza qovulmaqdır. Bu günə qədər oğurluğa görə 6 şəxs bu cəzaya məruz qalıb.

Onu da bildirək ki, Miqinqo adasından təxminən 200 metr aralıda daha böyük bir ada – Usinqo adası yerləşir. İnanca görə adada Tuk adlı zalım ruh yaşayır.

Eyni zamanda Miqinqo adasından qovulan qəddar ruh Kalelenin də bu adada yaşadığına inanırlar. Buna görə də darısqallığa baxmayaraq heç kəs bu boş adada məskunlaşmağa cürət etmir.

Babək Cahandarov

 

Paylaş:
3198

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01
Bütün xəbərlər