Boinq -747 təyyarəsi hostelə çevrilib
İsveçin paytaxtı Stokholmun “Arlanda” aeroportunda lövbər salmış Boinq -747 təyyarəsi hostelə çevrilib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Jumbo” adlanan hostel 85 yer olmaqla 25 nömrədən ibarətdir.
Bütün nömrələr vanna otağı, televizor, əşyaların saxlanılması üçün xüsusi rəflər və internetə çıxışla təchiz olunub.
Hosteldə bir günlük gecələmək 150-700 dollara başa gəlir.
1news.az
895