Brüsseldə “Brexit” haqqında danışıqlar yenə nəticəsiz başa çatıb | 1news.az | Xəbərlər
Dünya

Brüsseldə “Brexit” haqqında danışıqlar yenə nəticəsiz başa çatıb

23:37 - 04 / 12 / 2017
Brüsseldə “Brexit” haqqında danışıqlar yenə nəticəsiz başa çatıb

Böyük Britaniya və Avropa İttifaqı bazar ertəsi günü Brüsseldə keçirilən danışıqlarda “Brexit”in şərtləri barədə yenə razılığa gələ bilməyiblər.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Britaniyanın Baş naziri Tereza Mey və Avropa Komissiyasının sədri Jan-Klod Yunker birgə mətbuat konfransında çıxış ediblər. Hər iki tərəf təsdiqləyib ki, müzakirələrin dostluq atmosferində keçməsinə baxmayaraq, yekun razılaşma əldə olunmayıb. Baş nazirin sözlərinə görə, danışıqlarda irəliləyiş var, lakin bir neçə məsələdə fikir ayrılıqları qalmaqdadır.

Digər problemlər həllini tapmayana qədər Avropa İttifaqı Britaniya ilə ticarət münasibətlərinin necə qurulacağını müzakirə etmək istəmir. Söhbət ilk növbədə Aİ vətəndaşlarının hüquqlarından, Böyük Britaniyanın ayrılmadan sonra maliyyə ödəmələrindən, habelə İrlandiya sərhədi məsələsindən gedir.

1news.az

Paylaş:
649

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər