XİN: Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü yanvarda keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

XİN: Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü yanvarda keçiriləcək

10:43 - 07 / 12 / 2017
XİN: Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü yanvarda keçiriləcək

Vyanada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar intensiv görüşlər keçirilib.

1news.az  xəbər verir ki, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O deyib ki, , 6 dekabr tarixində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya,  Stefan Viskonti( Fransa), Andrü Şefer(ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik ayrı-ayrılıqda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlər keçiriblər:

“Sonra ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edilib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan təkliflər üzrə intensiv və konkret müzakirələr aparılıb. Razılıq əldə olunub ki, intensiv və substantiv danışıqların davamı kimi, 2018-ci ilin yanvar ayının ikinci yarısında xarici işlər nazirləri səviyyəsində növbəti görüş keçirilsin.  Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşün pozitiv və konstruktiv şəkildə keçirildiyini bildirib”.

P.Sultanova

 

 

Paylaş:
623

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər