Ərdoğan ABŞ Prezidentinə səsləndi: Ey Tramp, sən nə etmək istəyirsən? | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan ABŞ Prezidentinə səsləndi: Ey Tramp, sən nə etmək istəyirsən?

11:30 - 07 / 12 / 2017
Ərdoğan ABŞ Prezidentinə səsləndi: Ey Tramp, sən nə etmək istəyirsən?

Donald Trapmın Qüdsü İsrailin paytaxtı elan etməsi  bölgədəki vəziyyəti gərginləşməsinə istiqamətlənib.

1news.az  "Hürriyet”ə istinadən xəbər verir ki,bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Yunanıstana səfərindən öncə hava limanında jurnalistlərə deyib.

O, Trampın nə etmək istədiyini anlaya bilmədiyini söyləyib: "Ey Tramp, sən nə etmək istəyirsən? Bu necə bir yanaşmadır?  Siyasi liderlər vəziyyəti pisləşdirmək üçün deyil, barış üçün mövcuddurlar.  Trampın bu addımı isə barış üçün deyil. Əgər Tramp “Mən güclüyəm, ona görə haqlıyam” deyirsə, yanılır. Güclü olmaq haqlı olmaq demək deyil. Haqlı olan güclüdür. Bunu bilməsi lazımdır".

Ərdoğan bu məsələni Roma Papası və Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı müzakirə etmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donlad Tramp Qüdsü İsrail paytaxtı kimi tanıdığını bəyan edib.

P.Sultanova

Paylaş:
797

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər