“Bakutel 2017” sərgisində Azercell -in stendi “ən kreativ stend” seçilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Bakutel 2017” sərgisində Azercell -in stendi “ən kreativ stend” seçilib

15:50 - 08 / 12 / 2017
 “Bakutel 2017” sərgisində Azercell -in stendi “ən kreativ stend” seçilib

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC uğurları sırasına daha birini əlavə edib. “Bakutel 2017” sərgisində şirkətin stendi təşkilatçılar tərəfindən “ən kreativ stend” olaraq mükafatlandırılıb.

Azercell hər il olduğu kimi bu il də mobil rabitə və telekommunikasiya sahəsinin ən innovativ layihələrini öz stendində sərgiləyib. Sərgidə ən çox ziyarət olunan stendlər sırasında yer alan Azercell ənənəvi stendində innovativ, həm biznes, həm də asudə vaxt üçün faydalı yenilikləri ziyarətçilərə təqdim edib.

“Bakutel 2017” sərgisinin keçirildiyi dörd gün ərzində Azercell stendinin ən aktiv və şən guşəsi olan əyləncə zonası ziyarətçilər üçün xoş sürpriz, hədiyyələr qazandıran müsabiqə və viktorinalarla zəngin olub. Stenddə yeni nəsil İT üzrə həll variantları,  4G və 5G texnologiyalara aid müxtəlif innovativ mobil xidmətlər, müasir mobil cihazlar nümayiş olunub.

Onu da qeyd edlk ki, Azercell Telekom MMC bu il“Bakutel”–in nəinki əsas iştirakçılarından biri, həmçinin, Baş Sponsoru olub.

Qeyd edək ki, Azercell iştirak etdiyi həm yerli, həm də beynəlxalq sərgilərdə dəfələrlə mükafatlandırılıb. Telekommunikasiya və təhsil sərgilərində Azercell-in stendi ən çox ziyarət olunan stendlər sırasında birinci olub.

Reklam hüququnda

Paylaş:
660

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər