Nankin hadisələrinin ən yaşlı şahidi 100 yaşında vəfat edib
Çinin Nankin şəhərində 1937-ci ildə yapon ordusunun törətdiyi qırğınlardan sağ çıxan ən yaşlı şahid Quan Quancin bu gün səhər dünyasını dəyişib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Nankin hadisələrinin 80-ci ildönümünə 3 gün qalmış vəfat edən şəxsin 100 yaşı varıymış. Onun iri daşın altında gizlənərək qırğınlardan sağ çıxdığı, qanlı hadisələrin şahidi olduğu bildirilir. Bununla da, 1937-1945-ci illər yapon-Çin müharibəsi dövründə baş verən Nankin hadisələrindən sağ çıxaraq bu günədək yaşayanların sayı 100-ə enib.
Qeyd edək ki, Çin tərəfinin məlumatına əsasən, yapon ordusunun ölkənin o vaxtkı paytaxtı olan Nankində 1937-ci il dekabrın 13-dən yanvar ayınadək törətdiyi qırğınlarda 300 mindən çox sakin öldürülüb. Rəsmi Tokio Nankində törədilən qırğınları təsdiq etsə də, həlak olanların sayı barədə məlumatların dəqiq olmadığını və bununla bağlı müxtəlif fikirlərin mövcudluğunu bildirir.
1news.az