Bu il ölkəmizə gələn turistlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu il ölkəmizə gələn turistlərin sayı açıqlanıb

19:27 - 11 / 12 / 2017
Bu il ölkəmizə gələn turistlərin sayı açıqlanıb

Bu ilin on bir ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 milyon 477 min 908 nəfər olub.

1news.az-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, ölkəmizə səfər edənlərin 790 min 258 nəfəri Rusiyanın payına düşür.

Bundan başqa, Gürcüstandan 488 min 269, İrandan 340 min 702, Türkiyədən 275 min 147, Birləşmiş Ərəb Əmirliklərindən 87 min 215, İraqdan 58 min 259, Ukraynadan 53 min 583, Səudiyyə Ərəbistanından isə 32 min 644 nəfər ölkəmizi ziyarət edib.

Ziyarətçilərin 351 min 831 nəfəri isə digər ölkə vətəndaşlarıdır. Ən çox xarici ölkə vətəndaşları ölkəmizə iyul ayında (313 min 515 nəfər) gəlib.

Bu dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ vətəndaşlarının xüsusi çəkisi daha çox qeydə alınmaqla müvafiq olaraq 31,8, 19,7, 13,7, 11,1 və 3,5 faiz təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya olub. Belə ki, bu il ölkəmizə İrandan 117 min 556, BƏƏ-dən 44 min 558, Rusiyadan isə 105 min 20 nəfər daha çox şəxs gəlib.

2016-cı ilin 11 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 2 milyon 64 min 224 nəfər, noyabr ayında isə 169 min 427 nəfər təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 11 ayında Azərbaycana 413 min 684 nəfər, təkcə noyabr ayında isə 31min 877 nəfər çox xarici vətəndaş gəlib.

1news.az

Paylaş:
415

Son xəbərlər

Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42
Bütün xəbərlər