Klublar Komitəsinin yeni sədri seçilib | 1news.az | Xəbərlər
Futbol

Klublar Komitəsinin yeni sədri seçilib

18:16 - 13 / 12 / 2017
Klublar Komitəsinin yeni sədri seçilib

Klublar Komitəsinin (KK) bu il üçün sonuncu iclası keçirilir.

1news.az xəbər verir ki, toplantıda KK-nin yeni sədri müəyyənləşib.

Səsvermə nəticəsində “Neftçi”nin prezidenti Orxan Hüseynzadə bu vəzifəyə təyin olunub. O, 7 səs toplayaraq, qarşıdakı 1 il ərzində KK-yə rəhbərlik etmək hüququna yiyələnib.

Bununla da, Orxan Hüseynzadə komitənin 4-cü sədri olub. Ona qədər bu posta Tuyqun Nadirov (“Xəzər Lənkəran”), Fikrət Hüseynov (AZAL) və Kamran Quliyev (“Sumqayıt”) başçılıq edib.

1news.az

Paylaş:
683

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər