Bakıda özünü bıçaqlayan sərxoş kişi intihar etmək istədi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda özünü bıçaqlayan sərxoş kişi intihar etmək istədi

09:22 - 15 / 12 / 2017
Bakıda özünü bıçaqlayan sərxoş kişi intihar etmək istədi

Bakının Xəzər rayonu Binə qəsəbəsində intihara cəhdin qarşısı alınıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər kişi beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

İntihar etmək istəyən şəxsin qəsəbə sakini Сavid Sadiqov olduğu müəyyənləşdirilib. O, bıçaqla özünə xəsarət yetirib.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Damda olan polis əməkdaşları və FHN xilasediciləri həmin an onu saxlayaraq aşağı endiriblər və hadisə yerinə cəlb edilən həkimlərə təhvil veriblər.  Sərxoş vəziyyətdə olan 23 yaşlı С.Sadiqov dərhal  xəstəxanaya çatdırılıb.

1news.az

Paylaş:
546

Son xəbərlər

Bütün xəbərlər