Neft yenidən bahalaşmağa başlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neft yenidən bahalaşmağa başlayıb

11:20 - 15 / 12 / 2017
Neft yenidən bahalaşmağa başlayıb

Dünya bazarlarında neftin qiyməti yenidən artmağa başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,05 dollar bahalaşaraq 63,36 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,16 dollar artaraq 57,20 dollar təşkil edib.

Azərbaycan neftinə gəlincə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,49 dollar bahalaşaraq 65,66 dollar olub.

1news.az

Paylaş:
453

Son xəbərlər

Bütün xəbərlər