Araqdan zəhərlənən 52 yaşlı kişi öldü
Həddindən artıq alkoqol qəbul edən şəxs xəstəxanada ölüb.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, dekabrın 14-də gecə saatlarında komatoz vəziyyətdə xəstəxanaya gətirilən 1965-ci il təvəllüdlü Cəfərov Xəqani Kavış oğlu dərhal süni nəfəs aparatına qoşulsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Həkimlərin səyinə baxmayaraq X.Cəfərov xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə dekabrın 14-də Tovuz rayonunun Cəlilli kəndində baş verib. Kənd sakini, 52 yaşlı X.Cəfərov evində spirtli içkidən zəhərlənərək komaya düşüb. O, komatoz vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi.
1news.az
550