Sankt-Peterburqda azərbaycanlı qardaşını ov tüfəngi ilə öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sankt-Peterburqda azərbaycanlı qardaşını ov tüfəngi ilə öldürüb

14:50 - 16 / 12 / 2017
Sankt-Peterburqda azərbaycanlı qardaşını ov tüfəngi ilə öldürüb

Sankt-Peterburqda azərbaycanlı qardaşlar arasında yaşanan mübahisə ölümlə nəticələnib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə 14 dekabr tarixində baş verib.

Bildirilir ki, Sankt-Peterburqun mərkəzində yaşayan 31 və 48 yaşlı, adları hələ məlum olmayan qardaşlar hadisə baş verən gün birlikdə spirtli içki içiblər və aralarında mübahisə yaranıb. Nəticədə böyük qardaş ov tüfəngi ilə qardaşını ürəyindən güllələyib. Yaralanan qardaş yerindəcə ölüb.

Hadisəni törətmiş şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

S.Xankişiyeva

 

Paylaş:
728

Son xəbərlər

Bütün xəbərlər