Mehriban Əliyeva Rus Pravoslav Kilsəsinin yüksək mükafatına layiq görülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mehriban Əliyeva Rus Pravoslav Kilsəsinin yüksək mükafatına layiq görülüb

17:21 - 16 / 12 / 2017
Mehriban Əliyeva Rus Pravoslav Kilsəsinin yüksək mükafatına layiq görülüb

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Mehriban xanım Əliyevanı bu ordenlə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə, habelə Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill təltif edib.

Bu yüksək ordenlə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilirlər.

Xatırladaq ki, 2013-cü ildə Mehriban Əliyevanın himayədarlığı ilə Həştərxanda Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılıb. Bu il Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə abidənin ətrafındakı ərazidə abadlıq işləri görülüb.

S.Xankişiyeva

 

Paylaş:
548

Son xəbərlər

Bütün xəbərlər