Daha bir marşrutda BakuBus-ın avtobusları işə başladı
Bu gündən Bakıda fəaliyyət göstərən 17 saylı xətt marşrutu Baku Bus avtobusları ilə fəaliyyətə başlayıb.
1news.az-ın Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən verilən xəbərə görə, artıq həmin avtobuslar 17 saylı marşrut üzrə xəttə çıxıb.
Xatırladaq ki, bir neçə gün öncə 17 saylı marşrutun daşıyıcısı dəyişdirilərək adıçəkilən marşrut Baku Bus MMC-yə verilmişdi.
17 nömrəli marşrut xəttinin istismarının BakuBus MMC-yə həvalə edilməsi ilə nağdsız ödəniş sisteminin əhatə dairəsi bir qədər də genişləndirilib.
S.Xankişiyeva
524