Eyni mənzili bir neçə nəfərə satan şirkət rəhbəri həbs olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Eyni mənzili bir neçə nəfərə satan şirkət rəhbəri həbs olunub

14:36 - 17 / 12 / 2017
Eyni mənzili bir neçə nəfərə satan şirkət rəhbəri həbs olunub

“Yeni Yasamal “ MTK-nın sədri Cahangir Alışov və vəkili saxlanılıb.

1news.az-ın Virtualaz.org-a istinadla verdiyi xəbərə görə, şirkət rəhbəri Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan 16 mərtəbəli binadakı eyni mənzillərin bir neçə nəfərə satılmasının təşkilində təqsirləndirilir.

Faktla bağlı 2 ilə yaxındır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.

Şirkət rəhbəri evlərin qanunsuz satışını vəkili Habil Fətəliyev vasitəsi ilə həyata keçirdiyindən onun da saxlanıldığı deyilir.

S.Xankişiyeva

 

 

Paylaş:
539

Son xəbərlər

Bütün xəbərlər