Cakartada on minlərlə insan ABŞ Prezidentinin Qüdslə bağlı qərarına etiraz edib | 1news.az | Xəbərlər
Dünya

Cakartada on minlərlə insan ABŞ Prezidentinin Qüdslə bağlı qərarına etiraz edib

02:15 - 17 / 12 / 2017
Cakartada on minlərlə insan ABŞ Prezidentinin Qüdslə bağlı qərarına etiraz edib

Dekabrın 17-də Cakartada təqribən 40 min insan küçələrə çıxaraq ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu barədə qərarına etiraz edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, minlərlə insan Milli Azadlıq abidəsi yaxınlığında toplaşıb.

ABŞ-ın son həftə ərzində qarşısında bir neçə etiraz aksiyasının keçirildiyi səfirliyi həmin ərazidən təqribən 100 metr məsafədə yerləşir. Mitinqləri İndoneziya Üləmaları Şurası və digər müsəlman təşkilatları təşkil edir.

Xatırladaq ki, ABŞ Prezidenti Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib və Birləşmiş Ştatların səfirliyinin Təl-Əvivdən buraya köçürülməsi barədə sənəd imzalayıb.

S.Xankişiyeva

 

Paylaş:
304

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər