Böyük Britaniyada tuneldə qəza: 6 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Böyük Britaniyada tuneldə qəza: 6 nəfər ölüb

19:15 - 17 / 12 / 2017
Böyük Britaniyada tuneldə qəza: 6 nəfər ölüb

Bu gün Böyük Britaniyanın Birminqem şəhərində ağır qəza olub.

1news.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, qəza nəticəsində 6 nəfər ölüb, bir nəfərin durumu ağırdır.

Qəza yerli vaxtla saat 1.00 radələrində tuneldə 3 avtomobilin toqquşması nəticəsində baş verib. Arxadan gələn 3 avtomobil də qəzadan yayına bilməyib və bu avtomobillərdə olan 3 nəfər yüngül xəsarət alıb.

Yol müvəqqəti bağlanıb. Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
877

Son xəbərlər

Bütün xəbərlər