Saakaşvilinin tərəfdarları Kiyevdə Oktyabr sarayını ələ keçirib | 1news.az | Xəbərlər
Dünya

Saakaşvilinin tərəfdarları Kiyevdə Oktyabr sarayını ələ keçirib

18:14 - 17 / 12 / 2017
Saakaşvilinin tərəfdarları Kiyevdə Oktyabr sarayını ələ keçirib

Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvilinin tərəfdarları Kiyevin mərkəzində yerləşən Oktyabr sarayına hücum çəkib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, aksiyaçılar saraya daxil olublar.

Saakaşvilinin tərəfdarları Milli Qvardiyanın hərbçilərinin müqavimətini qırıb, Oktyabr sarayının giriş qapısını sındıraraq saraya daxil olublar.

Milli Qvardiya əməkdaşları aksiyaçılara yanğınsöndürmə vasitələri ilə müdaxilə etmək istəsələr də, bu, nəticəsiz qalıb.

S.Xankişiyeva

 

Paylaş:
616

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər